"Oğuz Döyüş Gecəsi" adlı beynəlxalq boks turnirində qələbəmiz

     Türkiyənin İstanbul şəhərində təşkil olunmuş "Oğuz Döyüş Gecəsi" adlı beynəlxalq boks turnirində Türkiyə ilə yanaşı, Azərbaycan və İran idmançıları da iştirak etmişdir. Sözügedən yarışda ölkəmizi təmsil edənlər sırasında məktəbimizin idmançı şagirdlərindən 11Ç sinif şagirdi Muradov Əlisaleh və 8G sinif şagirdi Məlikov Ayxan da yer almışdır. Təmsilçilərimiz yüksək peşəkarlıq nümayiş etdirərək rəqiblərinə qalib gəlmiş və turnirin qızıl medalına layiq görülmüşlər.

Məktəb rəhbərliyi və müəllim kollektivi olaraq biz də şagirdlərimizi bu əlamətdar nailiyyət münasibətilə təbrik edir, gələcək fəaliyyətlərində onlara daha böyük uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi