Dəyərlərimizi unutmayaq!

“Dəyərlərimizi qoruyaq” layihəsi çərçivəsində keçirilən növbəti tədbirlərdən biri VII siniflər arasında Bilik yarışı oldu. Şagirdlərə milli-mənəvi dəyərlərimizi əhatə edən suallar verildi, həmçinin akademik bilikləri yoxlanıldı. Verilən cavablara əsasən VII a sinfinin “Lütfi Zadə” komandası I, VII ə sinfinin “Evrika” komandası II, VII a sinfinin “Əfsanəvi” komandası III yerə layiq görüldü.