“Gülüstan müqaviləsi və onun nəticələri” mövzusunda açıq dərs

F. Gözəlov adına 124 nömrəli tam orta məktəbin tarix müəllimi Əzizova Birdanə 28.04.2025 tarixində “Gülüstan müqaviləsi və onun nəticələri” mövzusunda “açıq dərs”keçirmişdir. Dərs Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Dərs prosesində şagirdlər mövzu ilə bağlı təqdimatlar təqdim etdilər və dəyişən sərhədləri xəritə üzərində göstərdilər.
Sonda Gülüstan müqaviləsinin imzalanması səhnəsi - Abbaslı Yusif, Balakişiyev Məhəmməd və Məmmədzadə Rüstəm tərəfindən canlandırıldı.
Rəhbərlik tərəfindən “açıq dərs” keyfiyyətli və müsbət qiymətləndirildi.