Tarixi abidələr uşaqların gözü ilə

Məktəbin akt zalında “ Dəyərlərimizi qoruyaq” aylığı çərçivəsində “ Tarixi abidələr uşaqların gözü ilə” adlı rəsm müsabiqəsi keçirildi. Sərgi rəsm müəllimi Tofiqli Qərənfilin təşkilatçılığı ilə VII-X siniflər arasında təşkil olunmuşdu. Müəllimlərin baxış keçirtdiyi müsabiqədə səs çoxluğu ilə I, II, III yerləri tutmuş şagirdlərə Fəxri Fərman, digərlərinə Təşəkkürnamələr təqdim olundu.