Ümummilli Lider Heydər Əliyevin anadan olmasınin 102-ci ildönümünə həsr olunmuş Xəzər rayon təhsil işçiləri arasında badminton üzrə turnir

24 aprel 2025-ci il tarixində Bakı Şəhər Gənclər və İdman İdarəsi və Təhsil İşçiləri Azad Həmkarlar ittifaqı Xəzər rayon Komitəsinin birgə təşkilatçılığı, 124 nömrəli tam orta məktəbin dəstəyi ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasınin 102-ci ildönümünə həsr olunmuş Xəzər rayonunun təhsil işçiləri arasında badminton üzrə turnir təşkil edildi. Maraqlı mübarizə şəraitində keçən turnirdə qalib komandalar aşağıdakı kimi olmuşdur:
1-ci yer: 156 nömrəli tam orta məktəbin komandası;
2-ci yer: 124 nömrəli tam orta məktəbin komandası;
3-cü yer: 237 nömrəli tam orta məktəbin komandası.
Qalib komandalara Bakı Şəhər Gənclər və İdman İdarəsinin diplom, medal və kubokları təqdim olunmuşdur.