Ümummilli Lider Heydər Əliyevin anadan olmasınin 102-ci ildönümünə həsr olunmuş mini voleybol (qadınlar üzrə) turniri

18 aprel 2025-ci il tarixində Bakı Şəhər Gənclər və idman idarəsi va Təhsil işçiləri Azad
Həmkarlar İttifaqı Xəzər rayon Komitəsinin birgə təşkilatçılığı, 124 nömrəli tam orta məktəbin dəstəyi ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasınin 102-ci ildönümünə həsr olunmuş Xəzər rayonun təhsil işçiləri arasında mini voleybol (qadınlar üzrə) turnir təşkil edilmişdir. Maraqlı mübarizə şəraitində keçən tunirdə qalib komandalar aşağıdakı kimi olmuşdur:
1-ci yer: 183 nömrəli tam orta məktəbin komandası;
2-ci yer: 149 nömrəli tam orta məktəbin komandası;
3-cü yer: 121 nömrəli tam orta məktəbin komandası.
Qalib komandalara Bakı Şəhər Gənclər və İdman İdarəsinin diplom, medal və kubokları, həmçinin Təhsil İşçiləri Azad Həmkarlar ittifaqı Xəzər rayon Komitəsi tərəfindən hədiyyələr təqdim olunmuşdur