Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş mini-voleybol turniri

17 aprel 2025-ci il tarixində Bakı Şəhər Gənclər və İdman İdarəsi və Təhsil İşçiləri Azad
Həmkarlar İttifaqı Xəzər rayon Komitəsinin birgə təşkilatçılığı, 124 nömrəli tam orta məktəbin dəstəyi ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Xəzər rayonunun təhsil işçiləri arasında mini-voleybol
(kişilər) üzrə turnir təşkil edilmişdir.
Qalib komandalara Bakı Şəhər Gənclər və İdman İdarəsinin diplom, medal və kubokları, həmçinin Təhsil İşçiləri Azad Həmkarlar İittifaqı Xəzər rayon Komitəsi tərəfindən hədiyyələr təqdim olunmuşdur.