Tariximizi yaşatmaq borcumuzdur.

Aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Bu əlamətdar gün Azərbaycanda da geniş qeyd  olunur. Şagirdlərin diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltmək məqsədi ilə VIII ç sinfinin XII əsrə aid olan Şirvanşah I Axsitan tərəfindən tikilmiş Böyük Mərdəkan qəsrinə ekskursiyası təşkil olundu. Şagirdlər Qala haqqında ətraflı məlumat alaraq eksponatlarla tanış oldular, qalanın I yarusuna və qala divarlarına çıxaraq möhtəşəm mənzərəni seyr etdilər.

   Tariximizi yaşatmaq və gələcək nəsillərə ötürmək borcumuzdur! 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi