Mikayıl Müşfiq poeziyasına səyahət

Yağış yağır, rəqs eləyir gur damlalar,
Sıra-sıra, inci-inci nur damlalar.
Göydə iki qara bulud toqquşaraq,
İldırımlar şaqqıldayır şaraq-şaraq.
Məktəb kitabxanasında Azərbaycan dili müəllimi Ə.Kəmalə 7ç sinif şagirdləri ilə M.Müşfiqin həyat və yaradıcılığına həsr olunmuş dəyirmi masa keçirdi. Şagirdlərə M.Müşfiqin Azərbaycan ədəbiyyatındakı xüsusi rolundan bəhs edən müəllim daha sonra şagirdlərlə birlikdə şairin sevilən şeirlərindən biri olan “Yağış yağarkən” şeirini təhlil etdilər.