Şahmat turnirində qələbəmiz

    Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Xəzər Rayon Gənclər və İdman Sektoru ilə Xəzər Rayon Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə müəllimlər arasında "Şahmat" üzrə rayon birinciliyi keçirildi. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda 124 nömrəli tam orta məktəbin müəllimlər komandası uğurla çıxış edərək I yerə layiq görüldü.

   Qalib komandalar kubok, medal və diplomlarla təltif olundular.

Biz də öz növbəmizdə müəllimlərimizi təbrik edir, yeni uğurlar arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi