Dünya Robot Çempionatında (WRC – World Robot Championship) böyük uğurumuz!

Şagirdlərimiz və mentor Sitarə Nağıyeva Dünya Robot Çempionatında (WRC – World Robot Championship) böyük uğura imza atıblar.
Məktəbimizdən 8 komanda WRC-yə qeydiyyatdan keçmiş və bu komandaların hər biri təqaüd imkanı əldə etmişdir. Bu təqaüdlər Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və Azerbaijan Robotics Engineering Academy (AREA ) tərəfindən təqdim olunur. Həmin komandaları təbrik etmək və təlimlərin təşkil olunması üçün bizim məktəbə gəlib şagirdlərlə görüş keçirdiblər.
Bu o deməkdir ki, şagirdlərimiz tamamilə ödənişsiz şəkildə robototexnika, mühəndislik və elektronika üzrə peşəkar təlimlərdə iştirak edəcəklər.
Daha da qürurverici xəbər – bu təlimlər artıq bizim məktəbdə keçiriləcək.
Bu, məktəbimiz üçün həm böyük bir nailiyyət, həm də gələcəyin texnologiyalarına doğru əhəmiyyətli bir addımdır.
Bu uğurda əməyi keçən hər kəsi təbrik edir, komandalarımıza qarşıdakı mərhələlərdə uğurlar arzulayırıq!