2016-cı ilin aprelində yazılan qəhrəmanlıq dastanı

Vətən uğrunda can verən igidlərimizin ruhu qarşısında baş əyirik. Unutmadıq, unutmarıq!
05.04.2025-ci il tarixində məktəbin tarix müəllimi Birdanə Əzizova 5b sinfi ilə Hərbi Qənimətlər Parkında ekskursiya dərsi təşkil etmişdir.
2016-cı ilin Aprelində Azərbaycan tarixinin şanlı səhifələrindən biri yazıldı. Dörd gün davam edən bu döyüşlərdə igid əsgərlərimiz canları bahasına torpaqlarımızı qorudular, düşmənə gücümüzü, birliyimizi və əyilməz ruhumuzu göstərdilər. Hər bir şəhidimizin qanı bu torpağa iz saldı, qürurumuz oldu. Onlar şəhid oldular, amma unudulmadılar – unudulmayacaqlar da. Ruhunuz qarşısında baş əyirik, qəhrəmanlar! Siz Vətənin sonsuz fəxrləri, qəlbimizin əbədi sahiblərisiniz.