Aprel döyüşləri- tariximizin şərəfli səhifəsi

2016-cı ilin aprelində Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xəttində ardıcıl olaraq təxribatlarına cavab olaraq keçirilmiş əks-əməliyyat zamanı qazanılmış qələbə Ordumuzun gücünü, xalqımızın yenilməz ruhunu bütün dünyaya göstərdi. Bununla əlaqədar olaraq məktəbin VIII sinifləri ilə tarix müəllimi Əbilova A. seminar keçirdi, şagirdlərə “Aprel döyüşləri- tariximizin şərəfli səhifəsi” adlı qısametrajlı film nümayiş olundu.