Soyqırımın 107-ci ildönümü

Məktəbin VIII ç sinfi təşkilatçı Atayeva S. və sinif rəhbəri Əskərova N-nin rəhbərliyi ilə Mərdəkan qəsəbəsində yerləşən ” Soyqırım qurbanları” abidəsini ziyarət edib. Soyqırımın 107-ci ildönümü ilə əlaqədar şagirdlər ölkəmizin ərazi bütövlüyü naminə canından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib və abidənin qarşısına güllər qoyulub.