31 MART-AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜDÜR.

Hər il olduğu kimi məktəbimizdə 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü böyük bir hüznlə anılıb. Məktəbin akt zalında soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan xalqına qarşı törədilən soyqırımın tarixi haqqında şagirdlərə geniş məlumat verilib. 31 Mart hadisələrinə ilk dəfə Ulu Öndər Heydər Əliyev tərəfindən gerçək hüquqi-siyasi qiymət verildiyi, bu hadisənin bir soyqırımı aktı kimi sənədləşdirildiyi bildirilib. Xalqımızın üzləşdiyi soyqırımların təkrarlanmaması üçün daim yaddaşlarda yaşadılması və zəruri nəticələrin çıxarılmasının xüsusi əhəmiyyət daşıması şagirdlərin diqqətinə çatdırılıb.
Sonda 1918-ci ildə törədilən qanlı hadisələrdən bəhs edən “Mart soyqırımı” adlı sənədli filmi nümayiş etdirilib.