Dünya Robot Çempionatında uğurumuz

Möhtəşəm uğur!
Məktəbimizin 8 komandası Dünya Robot Çempionatında (WRC – World Robot Championship) finala vəsiqə qazandı!
Komandalarımız innovativ düşüncələri, texnoloji bilikləri və əzmkarlıqları ilə bu böyük uğura imza atdılar. Mentor Sitarə Nağıyevanın rəhbərliyi ilə şagirdlərimiz robototexnika və mühəndislik sahəsində yüksək bacarıqlarını nümayiş etdirərək finala yüksəldilər.
Bütün iştirakçılarımızı və mentorumuzu bu möhtəşəm nailiyyət münasibətilə təbrik edirik. Finalda uğurlar arzulayırıq!