“ Sazlı, sözlü Novruzum”

F.Gözəlov adına 124 nömrəli tam orta məktəbdə tarix müəllimi İ.Kifayətin təşkilatçılığı ilə “ Sazlı, sözlü Novruzum” adlı bayram tədbiri keçirildi. Tədbirdə Novruzun atributları, adət-ənənələri, novruz əyləncələri, Kosa və Keçəl, Novruz bayatıları, çərşənbələrin bəhsi maraqlı şəkildə ifadə edilmişdi. Ən maraqlı cəhət o idi ki, Novruzun mənşəyi, icra tarixi, elmi, dini və fəlsəfi görüşlərin novruza münasibətinə xüsusi diqqət verilmişdi. Tədbir iştirakçıları “ Novruz viktorinası” və qonaqlarla müsahibə rubrikasından xüsusilə razı qaldılar.
Məktəbin musiqi müəlliməsi Şakirli Nərgizin yüksək peşəkarlıqla və zövqlə hazırladığı dekorasiya və musiqi tərtibatı bütün tamaşaçıları məmnun etdi.
Tədbirin sonunda Dədə -Qorqudun səhnəyə gəlişi və türk xalqlarını birliyə çağıran xeyir dua verməsi tədbirin ümumi ahənginə yeni rəng, yeni çalar qatdı.