Ənənələrimizi yaşatmaq borcumuzdur.

Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “ Qala ” Dövlət Tarix- Etnoqrafiya Qoruğunda milli-mənəvi dəyərlərini təcəssüm etdirən Novruz bayramı münasibəti ilə tədbir keçirildi. Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı , YAP Xəzər rayon təşkilatının rəhbərliyi, RİH-nin məsul işçiləri, idarə- müəssisə, təşkilat rəhbərləri və kollektivləri ilə yanaşı rayon məktəblərinin müəllim və şagird kollektivi də iştirak edib. Şənlikdə möhtəşəm Novruz tonqalı alovlandırılıb. Tədbir açıq havada geniş konsert proqramı ilə davam etdirilib.