"Friends forever" mövzusunda açıq dərs

F. Gözəlov adına 124 nömrəli tam orta məktəbin ingilis dili müəllimi M.Humay tərəfindən 7A sinfində "Friends forever" mövzusuna həsr olunmuş açıq dərs keçirilib.
Dərs prosesini məktəb rəhbərliyi və fənn müəllimləri izləyiblər.
Şagirdlərə əvvəlcə təlim nəticələri ilə tanış edilib, daha sonra motivasiya hissəsində dostluq mövzusu ilə əlaqədar suallara cavab veriblər. Mövzu ilə əlaqədar mətnin rollu şəkildə canlandırma ilə oxu və tərcüməsi həyata keçirilib. Şagirdlər aktiv şəkildə səhnələrin tərcümə ilə paralel canladırmasını yerinə yetiriblər. Bundan sonra mövzu ilə əlaqədar yazı və dinləmə işi həyata keçirilib. Şagirdlər dostluq haqqındakı musiqini dinləyib,ona uyğun iş vərəqlərində öz cavablarını qeyd ediblər.