IX siniflərdə monitorinq

14.03.2025-ci il tarixində məktəbin IX siniflərində Məktəbdaxili Fəaliyyət Planına əsasən buraxılış fənləri üzrə növbəti monitorinq təşkil olundu. Monitorinqdə şagirdlərin Azərbaycan dili, riyaziyyat və ingilis dili fənləri üzrə qapalı, açıq tipli test sualları, dil bacarıqlarının keyfiyyətini müəyyən etmək üçün esse yazılması istiqamətində tapşırıqlar verildi. Şagirdlər 2,5 saat müddətində sualları cavablandırdılar. Məktəb rəhbərliyi monitorinqin təşkili və nəzarətini öz üzərinə götürdü.