İngilis dili fənnindən açıq dərs keçirildi.

  124 nömrəli məktəbin ingilis dili müəllimi H.Hüsniyyənin başçılığı ilə VII b sinfində ingilis dili fənnindən “Giving thanks” mövzusunda açıq dərs keçirilib. Keçirilən dərsdə məktəb rəhbərliyi və fənn müəllimləri iştirak edib. Dərs zamanı şagirdlər fəal iştirak edib. Şagirdlər mövzuya uyğun qısa videomaterial izləyiblər. Dərsin məqsədi şagirdləri mövzu ətrafında müzakirəyə cəlb etməkdən ibarət olub.

    Şagirdlər dərsin əvvəlində motivasiya  hissəsində mövzuya aid suallara cavab veriblər. Şagirdlərin bir qismi videomaterialı izlədikdən sonra özləri əlaqəli dialoqlar qurub öz aralarında danışıblar. Mövzu üzrə yeni ifadələr və sözlər şagirdlər tərəfindən  qeyd olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi