"Я и моя Родина"

12 mart 2025-ci il tarixində 6f sinfində rus dili (ikinci xarici dil) fənnindən "Я и моя Родина" mövzusunda "Açıq dərs" keçirilmişdir (fənn müəllimi İbrahimova Gülçöhrə). Şagirdlərin mövzu üzərində apardığı tədqiqat işi böyük və kiçik qruplarla aparılmışdır. Dərs boyunca tətbiq edilən tapşırıqlar çətinlik dərəcəsinə görə differensial olduğundan bütün şagirdlərin fəallığı müşahidə olunurdu. İT texnologiyalarının tətbiqi dərsin dinamikliyinə müsbət təsir etdi. Fənlərarası inteqrasiya mövzunun əhatəli mənimsənilməsinə şərait yaratdı.