iWiSE – Beynəlxalq Dünya Tələbə Exposunda uğurumuz

  9 mart tarixində Hədəf Şirkətlər Qrupu, Hədəf Global va iWiSE Azərbaycanın təşkilatçılığı ilə Abşeron Rayon Olimpiya İdman Kompleksində baş tutan iWiSE – Beynəlxalq Dünya Tələbə Exposu uğurla yekunlaşdı. Olimpiadada STEAM,İTECH və Robotics kateqoriyalari üzrə 70-dan çox komanda iştirak etdi.

     Tədbirin açılışı Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Daha sonra Hədəf Şirkətlər Qrupunun təsisçisi va rəhbəri Şəmil Sadiq və Azərbaycan Dövlat Pedaqoji Universitetinin STEAM  Mərkəzinin rəhbəri Arzu Daşdəmirov çıxış edərək iştirakçılara uğurlar arzuladılar.

124 nömrəli məktəb ProsperityLine  komandası  Robotics kateqoriyası üzrə cıxış edərək

II yerə layiq görülmüşdür.

Robotics kateqoriyası dörd alt bölmədən ibarət idi və hər birində ilk üç yerə layiq görülən komandalar sertifikatla təltif olundu.

Qalib komandalar medal va sertifikatlarla mükafatlandırıldı ve yay aylarında baş tutacaq Boston finalina vəsiqə qazandılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi