“Can nənə,bir nağıl de!” - Gənc və yaşlı nəsil arasında bir körpü!

     Bugün sinfimizdə həyata keçirdiyimiz “Can nənə bir nağıl de!” layihəsi, uzun müddət düşündüyüm və çox önəmli hesab etdiyim bir ideyanın gerçəkləşməsi oldu.

Layihənin məqsədi:

Milli adət-ənənələrimizi yaşatmaq

Gənc və yaşlı nəsil arasında möhkəm bir körpü qurmaq

Yaşlı insanları təhsil prosesinə cəlb edərək onlara stimullaşdırıcı bir mühit yaratmaq

Bu layihə vasitəsilə, nənələrimiz və babalarımız gənc nəsilə həyat təcrübələrini, milli dəyərlərimizi və ənənələrimizi ötürərək həm də özlərini cəmiyyətə bağlı hiss edirlər.

Bu təşəbbüsün hər iki tərəf üçün nə qədər faydalı olduğunu gördükcə, daha çox insanı bu cür layihələrə cəlb etmək istərdik. Gəlin, hər birimiz bu ənənəni yaşatmağa çalışaq, çünki hər nağılın içində böyük bir mənəvi xəzinə var!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi