"Məişət zorakılığı"

Bakı şəhəri Xəzər rayonu F.Gözəlov adına 124 nömrəli tam orta məktəbin psixoloqu Sultanova Zülfiyyə tərəfindən 7-ci sinif şagirdləri ilə "Məişət zorakılığı" mövzusunda maarifləndirici seminar baş tutdu.Şagirdlərə məişət zorakılığı anlayışı, növləri, səbəbləri və çıxış yolları haqqında məlumatlar verildi. Bu problemin sosial bəla kimi cəmiyyətə verdiyi mənfi təsirlər müzakirə edildi. Sonda şagirdlərə zorakılığa məruz qaldıqda və ya şahid olduqda hansı yardım vasitələrinin mövcudluğu haqqında informasiya verildi.