Şəhid analarına həsr olunmuş tədbir

   Bayramlarda , əlamətdar günlərdə şəhid ailələrinin ziyarət edilməli, tədbirlərə dəvət olunması artıq bir ənənə halını alıb. Bu il məktəbimizdə keçirilən Beynəlxalq Qadınlar  Gününə həsr olunmuş tədbirə fədakar şəhid anaları dəvət olunub. Məktəbin adını daşıdığı Füzuli Gözəlovun anası Böyükxanım ana, məktəb küçəsinin adını daşıdığı Nüsrət Məmmədovun anası Kifayət ana, Şuşanın ilk şəhid anası Xalidə anaya məktəb rəhbərliyi tərəfindən böyük ehtiram göstərilib.

    VII e sinif şagirdləri Ülviyyə Xəlilovanın rəhbərliyi ilə hazırladıqları bayram tədbirində təqdim etdikləri rəqslər, mahnılar, kompozisiyalar şeirlər və səhnəciklərlə şəhidlərimiz kimi onların analarının da hər kəs üçün çox dəyərli olduqlarını diqqətə çatdırıblar.

  Sonda Şəhid analarına bütün xalqımızın fəxr etdiyi övladlar böyütdükləri üçün təşəkkür edilib.

  Allah şəhidlərimizin ruhunu şad etsin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi