İntiharın profilaktikası

Bakı şəhəri Xəzər rayonu F. Gözəlov adına 124 nömrəli tam orta məktəbin psixoloqu Sultanova Zülfiyyə tərəfindən "İntiharın profilaktikası"mövzusunda maarifləndirici seminar baş tutdu.Seminarda İntiharın bioloji və sosial səbəbləri,risk faktorları, eləcə də intihar qabağı əlamətlər haqqında şagirdlərə məlumatlar verildi .Bu problemin şəxsən və ya digər şəxslərdə olma ehtimalı olarsa hansı dəstəkləyici vasitələrin mövcudluğu haqqında söhbət aparıldı.Tədbirin sonunda uşaqların mövzu ilə bağlı sualları cavablandırdı.