Yeni kitabların sərgisi

5-6 mart tarixlərində məktəb kitabxanasında yeni kitabların sərgisi təşkil olundu. Sərgidə təqdim edilən kitabların əksəriyyəti uşaq ədəbiyyatından, qəhrəmanlıq mövzusunda yazılmış kitablardan və eyni zamanda Azərbaycan Milli Ensiklopediyasının VIII və IX cildindən ibarət idi. Maraqlı məlumatlarla zəngin olan şəkilli kitablar sərgidə iştirak edən müəllim və şagirdlərin böyük marağına səbəb oldu. Sərgidə kitabxana müdiri A.Nuriyeva son günlərdə fonda daxil olan kitablar haqqında məlumat verdi. Tədbirin məqsədi oxucuların bədii zövqünün formalaşması, onlarda kitaba və kitabxanaya marağın artırılmasından ibarət idi.