Məktəbimiz Fibonacci International Robot Olympiad-da uğur qazandı!

Məktəbimiz Fibonacci International Robot Olympiad-da uğur qazandı!
Bu mərhələdə qalib gələn komandalar beynəlxalq final mərhələsində ölkəmizi təmsil etmək imkanı qazandılar.
1-2 mart tarixlərində keçirilən Fibonacci International Robot Olympiad – Azərbaycan mərhələsində məktəbimizin valideynlərinin təşəbbüsü və Sitarə Nağıyevanın rəhbərliyi ilə şagirdlərimiz müxtəlif kateqoriyalar üzrə iştirak edərək böyük nailiyyətlər əldə etdilər!
Mbot Line Following (10-16 yaş) kateqoriyası üzrə VictoryLine komandası 1-ci yer
Mbot Line Following (6-9yaş) kateqoriyası üzrə SuccessLine komandası 2-ci yer
Fast Line Following (16-24yaş) kateqoriyası üzrə LineStormers komandası 1-ci yer
Fast Line Following (10-16 yaş) kateqoriyası üzrə MachineXpress komandası– 2-ci yer
Maze Solving kateqoriyası üzrə Labyrinth Legends komandası 1-ci yer
Fast Line Following (10-16 yaş) kateqoriyası üzrə Roborunners komandası “Jury Award “ mükafatı
Fibonacci International Robot Olympiad haqqında
Fibonacci International Robot Olympiad (FIRO) – beynəlxalq səviyyədə keçirilən robot texnologiyaları üzrə olimpiadadır. Məqsəd gənc mühəndislərin və robot həvəskarlarının texnologiya, proqramlaşdırma və süni intellekt sahəsində bilik və bacarıqlarını inkişaf etdirməkdir. Olimpiada fərqli yaş qrupları üçün nəzərdə tutulmuş müxtəlif kateqoriyalar üzrə keçirilir və iştirakçılar öz robot layihələrini təqdim edərək yarışırlar.
FIRO-nun əsas məqsədləri:
Şagirdlərə robot texnologiyaları və proqramlaşdırma bacarıqlarını inkişaf etdirmək imkanı yaratmaq
Yaradıcılığı və mühəndislik bacarıqlarını təşviq etmək
Komanda işi və problem həll etmə bacarıqlarını gücləndirmək
Beynəlxalq səviyyədə tanınmaq və digər ölkələrdən olan iştirakçılarla təcrübə mübadiləsi aparmaq
Gələcəyin mühəndislərini yetişdiririk!