1 Mart Ümumdünya Mülkü Müdafiə günüdür

1 Mart Ümumdünya Mülkü Müdafiə günüdür. Bu məqsədlə maarifləndirmək üçün şagirdlərlə görüşlər təşkil olundu. Məktəbin Mülkü Müdafiə Qərargah rəisi Qədirova Gülnar və Çağırışaqədərki Hərbi Hazırlıq üzrə rəhbəri Abışov Baba Fövqəladə Hallar zamanı hansı qaydalara əməl etməyin vacibliyi haqqında şagirdlərə məlumat verdilər. Şagirdlər yanğın və bioloji çirklənmə zamanı hansı vasitələrdən istifadə edəcəkləri ilə tanış oldular.