"5 Mart - Bədən Tərbiyəsi və İdman Günü" münasibətilə keçirilən badminton turniri

     Azərbaycan Badminton Federasiyası, Bakı Şəhər Gənclər və İdman İdarəsi və 124 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə Xəzər rayon təhsil işçiləri arasında badminton üzrə turnir keçirilib.

      Turnirdə 13 komanda mübarizə aparıb. Məktəbimizin idman müəllimləri Orucova Günel və Rzayev Eldar yarışda iştirak ediblər.

Maraqlı mübarizədən sonra 
1 ci yer 123 N məktəb
2 ci yer 156 N məktəb
3 cü yer 124 N məktəb qazanıb.

Qaliblər Bakı Şəhər Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla, Badminton Federasiyası tərəfindən isə hədiyyələrlə mükafatlandırılıblar.

      Bundan əlavə, məktəbimizin fiziki tərbiyə müəllimləri Zeynalova Xədicə və Sadıqova Türkan Azərbaycan Badminton Federasiyası tərəfindən təşəkkürnamə ilə təltif olunublar.

     Müəllimlərimizi təbrik edir, onlara gələcək yarışlarda uğurlar arzulayırıq!

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi