Təhsilverənlərin etik davranış qaydalarının tətbiqi

27.02.2025-ci il tarixdə müəllim kollektivinin iştirakı ilə direktoryanı iclas keçirildi. İclasda Azərbaycan Respublikasının Elm və Təhsil Nazirlyinin Kollegiyasının 15 may 2024-cü il tarixli, KQ-07 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsilverənlərin etik davranış qaydaları”nın tətbiqində əsas məqsədlərdən biri olan müəllim nüfuzunun yüksək tutulması, məktəb və cəmiyyət içərisində müəllimadına etimadın qorunması məsələsinə toxunuldu. Beynəlxalq Qadınlar Günü ilə əlaqədar təhsilmüəssisələrinə göndərilən təlimatı nəzərə alaraq hər hansı neqativ hallara yol verilməməsi üçün tədbirlərin görülməsi və qaydalara ciddi riayət olunması tapşırıldı.
Sonda Azərbaycan Respublikası İşçiləri Azad Həmkarlar İttifaqı tərəfindən müəllimlərdən Pənahova Vüsalə, Abasquliyeva Gülşən və Abbasova İlahə gənc nəslin müstəqil həyata hazırlanmasında Dövlət İmtahan Komissiyasında göstərdikləri fəaliyyətə görə Fəxri Diplom və hədiyyələrlə təltif olunublar.