Xocalı soyqırımından Xocalı zəfərinə!

26 fevral tarixində məktəbin akt zalında rəsm müəllimi Qərənfil Tofiqlinin rəhbərliyi ilə Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunmuş rəsm müsabiqəsi keçirilib. Müsabiqədə sərgilənən şəkillərə müəllim kollektivi tərəfindən baxış keçirilib və səsvermə ilə qalib yerlər təyin olunub. Məktəb direktoru tərəfindən qalib gələn şagirdlərə Fəxri Fərman, digərlərinə isə təşəkkürnamələr təqdim olunub.