Xocalı faciəsi ibtidai siniflərdə qeyd olunub

26.02.2025-ci il tarixində məktəbin ibtidai siniflərində Xocalı faciəsi qurbanlarının əziz xatirəsinə həsr olunmuş sinif tədbirləri keçirilmişdir. Şagirdlər Xocalı faciəsini əks etdirən rəsmlər çəkmiş, şeirlər səsləndirmiş və videoçarxlar izləmişlər.
Bizim üçün vacib olan, bu xatirəni yaşatmaq, gələcək nəsillərə ədalət, sülh və insan haqları dəyərlərini aşılamaqdır. Xocalı soyqırımını anmaq, həm də dünyaya bir daha xatırlatmaqdır ki, belə faciələrin qarşısı alınmalıdır.
Qoy, bu qətliamın səsi heç zaman susmasın!