Azad Xocalı

     Məktəbin tarix müəllimləri Birdanə Əzizova və Nicat Məmmədov V, VI sinif şagirdləri ilə birlikdə  “Azad Xocalı” mövzusunda dəyirmi masa təşkil ediblər. Xocalının işğalı, Xocalı soyqrımı haqqında şagirdlərlə söhbət aparılıb.

    Xocalıya gedən yol- Xocalının azad edilməsi 2023-cü il  sentyabrda lokal xarakterli antiterror əməliyyatları və separatçı qüvvələrin Qarabağdan çıxarılması haqqında danışılıb.

   Heydər Əliyev Fondu və Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “ Xocalıya ədalət” kompaniyası barədə şagirdlər məlumatlandırılıb.

     “Böyük Qayıdış” - proqramı çərçivəsində Xocalıda aparılan quruculuq işləri və Xocalı sakinlərinin öz ata- baba yurdlarına geri qaytarılması barədə danışılıb.

    Sonda şagirdlər Xocalıya aid çəkdikləri rəsmləri və şeirləri təqdim ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi