“Azad Xocalı uşaqların gözü ilə ”

25.02.2025-ci il tarixində III siniflər arasında Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunmuş “Azad Xocalı uşaqların gözü ilə ” adlı şeir müsabiqəsi keçirildi. Müsabiqədə şagirdlər Xocalı faciəsini əks etdirən şeirlər səsləndirdilər. Məktəbin direktoru Ə.Reyhan və direktor müavinləri şagirdlərə düşmənlərin Azərbaycan xalqına yaşatdığı acı günlər haqqında danışaraq onların bu gün Qalib Azərbaycanın vətəndaşı olduqlarını xatırlatdılar. Müsabiqənin nəticələrinə görə I yerə 3g, II yerə 3ə və III yerə 3d sinfinin şagirdləri layiq görüldülər. Digər şagirdlərə isə iştirak etdiklərinə görə təşəkkürnamələr verildi.