Ana dilimiz: millətin varlığı və qürur mənbəyi

   21 fevral  Beynəlxalq Ana Dili Günü münasibətilə 7E sinfində maraqlı və maarifləndirici təşkilat saatı keçirildi. Azərbaycan dili və ədəbiyyat müəllimi Xəlilova Ülviyyə şagirdlərə ana dilimizin tarixi, onun qorunması və inkişafı haqqında ətraflı məlumat verdi.

     Dərs zamanı şagirdlər ana dilinə həsr olunmuş şeirlər səsləndirdilər, dahi Azərbaycan şair və yazıçılarının dilimiz haqqında fikirlərini bölüşdülər. Müəllim ana dilinin milli kimliyimizin ayrılmaz hissəsi olduğunu vurğulayaraq, şagirdləri dilimizi qorumağa və ona sevgi ilə yanaşmağa çağırdı.

   Təşkilat saatı şagirdlərin ana dilinə olan marağını daha da artırdı və onlara dilimizin dəyərini bir daha xatırlatdı .

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi