“Açıq qapı” günü

   Məktəbdə I yarımilin yekunlarına həsr olunmuş “Açıq qapı” günü keçirildi. I-XI siniflərin valideynlərinin iştirakı ilə keçirilən tədbirdə məktəbin olimpiadalarda, müsabiqələrdə, yarışlarda qazandığı uğurlar diqqətə  çatdırıldı. Respublika Fənn Olimpiadasının II turuna vəsiqə qazanmış 15 şagird məktəb rəhbərliyi tərəfindən Fəxri Fərmanla təltif olundu.

    Valideynlərə STEAM dərsləri, bu dərslərdə istifadə olunan cihazlar haqqında geniş əyani məlumat verildi.

     Şagird davranış qaydalarına əsasən nümunəvi şagirdlər “Yaşıl kart” lara layiq görüldülər.

     Şagirdlərin ifasında səslənən mahnılar, şeirlər, ifalar və rəqslər tədbiri daha da maraqlı və rəngarəng etdi.

 

   

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi