21 fevral - Beynəlxalq Ana Dili Günü

   Ana dili, bir xalqın mədəniyyətini, kimliyini və tarixi irsini qoruyan ən mühüm faktordur. Hər bir xalqın ana dili onun milli sərvəti, varlığının təzahürüdür. 21 fevral - Beynəlxalq Ana Dili Günü hər il dünyanın bir çox ölkələrində qeyd olunur. Bu münasibətlə Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən Füzuli Gözəlov adına 124 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi B.Mələk və 6 “ç” sinif şagirdləri “Dəyirmi masa” təşkil etmişlər. Şagirdlər bu tədbir çərçivəsində ana dilinin əhəmiyyətini müzakirə edərək, onun hər bir insan üçün nə qədər doğma və əziz olduğunu şərh etməyə çalışmışlar. Bu cür tədbirlər, dilin mədəniyyət və kimliklə bağlı əvəzolunmaz rolunu vurğulayır və şagirdlərə ana dilinə olan sevgi və hörmətin vacibliyini aşılamağa kömək edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi