Xəzər Gənclər Evi gəncləri uğura aparan yolda dəstəkləməyə davam edir

   Xəzər Gənclər Evinin təşkilatçılığı ilə 124 saylı tam orta məktəbdə keçirilən “Hədəfinə doğru addımla” adlı təlim uğurla baş tutdu. Təlimçi qismində çıxış edən klinik psixoloq Məcnunov Orxan gənclərə hədəflərinə çatmaq üçün effektiv yollar, psixoloji dayanıqlılığın önəmi və motivasiya metodları barədə dəyərli bilgilər təqdim etdi. Təlimin əsas məqsədi gənclərin şəxsi inkişafına töhfə vermək, onların məqsədlərinə çatmaq üçün motivasiya səviyyəsini artırmaq və psixoloji dayanıqlılığı gücləndirmək idi. Təlim zamanı iştirakçılar öz məqsədlərini daha aydın müəyyənləşdirməyi, uğur qazanmaq üçün sistemli və planlı şəkildə hərəkət etməyi, eyni zamanda daxili motivasiyanı necə qoruyub saxlamağı öyrəndilər. Gənclər öz suallarını təlimçiyə ünvanlayaraq onlara şəxsi inkişaf yolunda kömək edəcək cavablar əldə etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi