“ Bədii ədəbiyyatda Azərbaycan dilinin keçdiyi inkişaf yolu”

“21 Fevral – Beynəlxalq Ana Dili Günü” ilə əlaqədar IX ç sinif şagirdlərinin iştirakı ilə “Bədii ədəbiyyatda Azərbaycan dilinin keçdiyi inkişaf yolu” mövzusunda dəyirmi masa keçirilmişdir. Fənn müəllimi Əliyeva Vəfa şagirdlərə Azərbaycan dilinin əsrlər boyu keçdiyi tarixi inkişaf yolundan danışmış, müxtəlif dövrlərə aid ədəbi nümunələrdə bu prosesin bədii əksi haqqında ətraflı məlumat vermişdir.