"Zərərli vərdişlər. Siqaret asılılığı"

Bakı şəhəri Xəzər rayonu F.Gözəlov adına 124 nömrəli tam orta məktəbin psixoloqu Sultanova Zülfiyyə tərəfindən 8-ci sinif şagirdləri ilə "Reproduktiv sağlamlıq" metodik vəsaitinə daxil olan "Zərərli vərdişlər.Siqaret asılılığı" mövzusunda maarifləndirici məşğələ baş tutdu. Məşğələdə zərərli vərdişlər şərh edildi, siqaretin insan orqanizmində, eləcə də psixologiyasında yaratdığı fəsadlar müzakirə edildi. Sonda siqaretdən qorunmağın yolları haqqında məlumatlar verildi.