“Riyaziyyat gecəsi”

Məktəbdə Riyaziyyat metodbirləşməsi tərəfindən “Riyaziyyat gecəsi” keçirildi. Açılış nitqi ilə çıxan məktəbin direktoru Ə.Reyhan riyaziyyat elminə artan marağın, bu elmin vacibliyini və bütün elmlərin açarı olduğunu iştirakçıların diqqətinə çatdırdı. Sonra şagirdlər riyaziyyat elminin önəmini əks etdirən müxtəlif səhnəciklər nümayiş etdirdi, musiqi, şeirlər və çıxışlar səsləndirdi. Sonda tədbirin ərsəyə gəlməsində və zəhməti olan müəllimlər , fəallıq göstərən şagirdlər təltif edildi.