Məktəbimizdə Novruz tədbirləri davam edir.Bu gün VII ç sinfi Bayramova Günayın təşəbbüsü ilə ümumməktəb bayram şənliyi keçirildi. Tədbirdə bütün Novruz adət-ənənələrini əks etdirməyə çalışmış şagirdlər buna uğurla nail oldular.Bu tədbirlə bütün şagird və müəllim kollektivi şən əhval-ruhiyyə ilə yaz tətilinə yola salındı.