Məktəbimizin daha bir uğuru

AzEdu.az Təhsil Portalı bir neçə ildir ki, ölkə üzrə aktiv və nümunəvi fəaliyyətləri ilə fərqlənən müəllimləri daha geniş ictimaiyyətə tanıtmaq məqsədilə xüsusi bir layihə həyata keçirir. Bu layihə çərçivəsində, örnək müəllimlərin peşə davranışları və yenilikçi pedaqoji yanaşmaları haqqında informativ materiallar hazırlanaraq ictimaiyyətə, xüsusilə təhsil camiəsinə təqdim olunur. Burada, modern tədris metodları tətbiq edən, təhsilalanların intellektual inkişafına mühüm töhfələr verən və müəllimlərin işə qəbulu, sertifikasiya imtahanlarından yüksək nəticə əldə etmiş müəllimlər yer alır.
124 saylı orta məktəbin ibtidai sinif müəllimi Ələkbərova Ülviyyə və ingilis dili müəllimi Məmmədova Kifayət örnək müəllimlər siyahısına daxil edilmişdir.