Şəhidlər Xiyabanına ziyarət

F.Gözəlov adına 124 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Xəlilova Ülviyyənin rəhbərliyi ilə VII e sinfi əvvəlcə Fəxri Xiyabanını, sonra isə Şəhidlər Xiyabanını ziyarət etdi. Şagirdlər Fəxri xiyabanında Azərbaycanın görkəmli şəxsiyyətlərinin, Şəhidlər xiyabanında isə Vətən uğrunda canını fəda etmiş qəhrəmanlarımızın məzarlarını ziyarət edərək onların xatirəsini ehtiramla yad etdilər.