Respublika Fənn Olimpiadası

Respublika Fənn Olimpiadalarının rayon ( şəhər) mərhələsinin nəticələrinə görə F.Gözəlov adına 124 saylı məktəbdən 14 nəfər şagird növbəti mərhələyə vəsiqə qazanmışdır. Bununla əlaqədar məktəb rəhbərliyi uğur qazanan şagirdlərlə və onların müəllimləri ilə görüşdü. Onları təbrik etdi və növbəti mərhələdə onlara uğurlar arzuladı.