İnformatika fənnindən açıq dərs

09.01.2025-ci il tarixində informatika müəllimləri Ə.Ləman, N.Sitarə və 8ə sinfinin iştirakı ilə "Python proqramında şərt operatoru" adlı mövzu üzrə açıq dərs keçirildi. Dərs zamanı riyaziyyat və steam fənlərinə inteqrasiya olunaraq  şagirdlər müxtəlif məsələlərin həlli üçün kodlar yazdılar. Eyni zamanda yazılan kodlarla “Matatalab” robotu və dron üzərində işlər görüldü.  Həmçinin Alplogo progamında üçbucaq cəkmək üçün kod yazıldı və çəkilən üçbucağı əyani olaraq “Matatalab” robotunda kodlaşdıraraq nümayiş etdirildi. Şagirdlərə üçbucaq bərabərsizliyi haqqında qaydaya əsaslanaraq verilən ədədlərdən üçbucağın əmələ gəlib gəlməməsi haqqında kod yazmaq tapşırıldı. Şagirdlər əvvəlcə məsələnin blok sxemini qurub sonra Python proqramında kod yazdılar. Python proqramlaşmadırılma dilindən istifadə edərək dronların uçuşları üçün kodlar yazılıb, tətbiq olundu. Dərsin qiymətləndirmə hissəsi üçün "Kahoot" saytından istifadə olundu. Sonda məktəb rəhbərliyi  tərəfindən dərsin gedişi  müzakirə olunub, yüksək qiymətləndirildi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi