IX-XI sinif şagirdləri ilə DİN sistemində təhsilə və xidmətə təşviq edilməsi barəsində görüş

07.01.2025-ci il tarixdə Bakı şəhəri Xəzər rayonu F.Gözəlov adına 124 saylı tam orta məktəbdə DİN Polis Akademiyasının nümayəndəsi polis kapitanı Eminov Natiq İlham oğlu, Xəzər RPİ-nin YYÇPİTB-nin inspektoru polis baş leytenantı Səfərzadə İsmixan Rəşid oğlunun iştirakı ilə IX-XI sinif şagirdləri ilə gənclərin DİN sistemində təhsilə və xidmətə təşviq edilməsi barəsində görüş keçirildi. Görüşdə şagirdlərə Polis Akademiyasına qəbul qaydaları və orada yaradılmış maddi-sosial baza haqqında geniş məlumatlar verildi.
Həmçinin gənclərə gələcəkdə dövlətə,vətənə sadiq olmaq və sağlam ruhda böyümək üçün müəyyən tövsiyələr verildi.