Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş voleybol turniri

124 nömrəli tam orta məktəbdə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş voleybol turniri keçirildi. Turnirdə 9-cu sinif şagirdləri böyük həvəslə iştirak etdilər. Tədbir dostluq, həmrəylik və idman ruhunu gücləndirmək məqsədilə təşkil olunmuşdur. Şagirdlər öz bacarıqlarını nümayiş etdirərək həm komanda işini, həm də idman əzmini göstərdilər. Sonda qalib komanda rəhbərlik tərəfindən sertifikatla təltif edildi.